...

"Azərikimya"da Birlik rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsi arasında Kollektiv müqavilə imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2011 10:40 (UTC +04:00)
"Azərikimya" İB-nin konfrans zalında Birliyin rəhbərliyi və qurumun Həmkarlar İttifa­qı Komitəsi arasında Kollektiv müqavilənin müzaki­rəsi ilə bağlı konfrans keçirilmişdir.
"Azərikimya"da Birlik rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsi arasında Kollektiv müqavilə imzalanıb

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

"Azərikimya" İB-nin konfrans zalında Birliyin rəhbərliyi və qurumun Həmkarlar İttifa­qı Komitəsi arasında Kollektiv müqavilənin müzaki­rəsi ilə bağlı konfrans keçirilmişdir.

Birliyin bütün müəssisələrindən olan nümayəndələrin iştirak etdiyi tədbiri Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Ömərov açaraq, "Azərikimya"nın ARDNŞ-in tərkibinə verilməsindən ötən il yarım ərzində istehsalat və əmək şəraitinin yaxşılaşdı­rıl­ması, Kim­ya­çıların əməyinin mühafizəsi, onların sosial-mədəni problem və qayğılarının həlli istiqa­mətində görülmüş işlər barədə geniş məlumat vermişdir. Qeyd edilmişdir ki, ötən müd­dət ərzində insan amilinə xüsusi əhəmiyyət verən ARDNŞ rəhbərliyinin "Azərikim­ya"nın kollektivinə göstərdiyi diqqət və qayğı sayəsində Birliyin bir çox istehsalat və sexlərində işçilərin sağlamlığı üçün zərərli olan istehsalat sahələri ləğv edilmiş, istismar baxımın­dan əlverişli olmayan, fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlıqlar yeniləri ilə əvəz edil­miş, bir çox inzibati binalar və istehsalat sahələri əsaslı və cari təmir olunmuşdur.

Xüsusilə qeyd olunmuşdur ki, 5 mindən artıq əməkçinin çalışdığı Birlikdə hazırda hər bir kimyaçı fərdi iş geyimləri və mühafizə vasitələri ilə təmin olunmuşdur. Əməkçilərin orta aylıq maaşı artırılmış, onların hər birinin iş zamanı sağlam qidalanması və gündəlik yemək xərclərinin Birlik tərəfindən ödənişi təmin edilmişdir. Kimyaçıların işə rahat və vaxtında gedib-gəlmələri üçün müasir avtobusların alınması da əməkçilərə göstərilən diq­­qət və qayğının təzahürüdür.

Hər bir işçinin əməyinin və sağlamlığının mühafizəsini mühüm bir vəzifə kimi qarşıya qoymuş Birlik rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsi iş yerlərinin və işçilərin ciddi və yüksək tələbkarlıqla attestasiyasının keçirilməsinə nail olmuş, sex və isteh­salat sahələ­rin­də əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına tam riayət olunması məqsə­dilə iş yerlərində təlimatlar aparılmışdır.

Kimyaçılar arasında idmanın küt­ləviliyinin artırılması və onların mədəni istira­hə­tinin təşkilinə də Birlikdə xüsusi diqqət yetirilir. Son dövrlərdə "Kimyaçı" Mədəniyyət sara­yın­da görkəmli yazıçılar və aktyorlarla keçi­rilmiş görüşlər, sumqayıtlı gənclərdən ibarət "Sumqayıt" (hazırda "Sumqayıtşəhər") fut­bol klubunun yaradılması, müəssisələr­də və kimyaçıların daha çox məskun­laşdığı məhəllə və mikrorayonlarda basketbol, voleybol və futbol oyunlarının keçirilməsi üçün müasir idman avadanlıqları ilə təmin olun­muş yeni idman meydançalarının salınması, id­manın müxtəlif növləri üzrə vaxtaşırı birin­ci­liklərin və spartakiadaların keçirilməsi də kimyaçılara göstərilən diqqət və qayğının təzahürüdür.

Tədbirin sonunda konfrans nümayəndələrinin tək­lif və iradları da nəzərə alınmaqla bütünlüklə qəbul olunmuş Kollektiv müqavilə "Azərikimya" İB rəh­bər­­liyi və Həmkarlar İttifaqı Komitəsi­ tərəfindən imzalanaraq təsdiq edilmişdir.

Xəbər lenti

Xəbər lenti