...

Azərbaycanda POS-terminalların quraşdırılması prosesi sürətlənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2011 18:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycanda POS-terminalların quraşdırılması prosesi əhəmiyyətli dərəcədə tezləşib. Trend-in məlumatına görə bu barədə çərşənbə günü Azərbaycanın vergilər naziri Fazil Məmmədov jurnalistlərə bildirib.

"Son yarım ildə Bakıda 2000-dən çox terminal quraşdırılıb. Hazırda onların sayı 13 minə qədər artıb", - Məmmədov deyib.

Nazirin sözlərinə görə, POS-terminallar ölkənin bütün rayonlarında quraşdırılmalıdır. Bununla əlaqədar olaraq, banklar və ölkə hökuməti İqtisadi İnkişaf Nazirliyinin simasında bu prosesə bütün lazımi dəstəyi göstərir.

"Hər 5-6 ildən bir mütəmadi əsasda nəzarət-kassa aparatları və POS-terminallar dəyişdirilməlidir. Belə ki, aparatlar köhnəlir və zamanın tələblərinə cavab vermir", - Məmmədov bildirib.

Əvvəllər Mərkəzi Bankın və nazirliyin birgə işçi qrupu ticarət sahəsində nağdsız hesablaşmaların həcmini artırmaq üçün təklif hazırlayıb. Ölkədə nağdsız hesablaşmaların stimullaşdırılması üçün vergiödəyicilərə mal və xidmətlərin plastik kartlar vasitəsilə ödənilməsi məqsədilə vergi güzəştlərinin tətbiq edilməsi, alıcılar üçün lotoreyanın keçirilməsi mümkündür.

"Bu proqram Vergi Məcəlləsinə və digər qanunverici aktlara dəyişikliklər ediləndən sonra həyata keçiriləcək", - nazir deyib.

Mərkəzi Bankın məlumatına əsasən, avqustun 1-nə POS-terminalların sayı 11272 ədəd olub ki, bunun da 10306-sı Bakıda, 966-sı isə ölkənin digər rayon və şəhərlərindədir.

Xəbər lenti

Xəbər lenti