...

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi makroiqtisadi sabitliyin saxlanması üçün tədbirləri gücləndirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2011 13:49 (UTC +04:00)
Azərbaycanın İqtisadi İnkişaf Nazirliyində (İİN) keçirilən kollegiya iclasında oktyabrın 24-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı Tədbirlər Planının hazırlanması haqqında qərar qəbul edilib.
Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi makroiqtisadi sabitliyin saxlanması üçün tədbirləri gücləndirəcək

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyində (İİN) keçirilən kollegiya iclasında oktyabrın 24-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı Tədbirlər Planının hazırlanması haqqında qərar qəbul edilib. Trend-in məlumatına görə, bu barədə Nazirliyin cümə günü yaydığı məlumatda deyilir.

İqtisadi inkişaf naziri Şahin Mustafayev Nazirliyin səlahiyyətləri çərçivəsində makroiqtisadi sabitliyin qorunması tədbirlərinin davam etdirilməsi, bu məqsədlə mütəmadi olaraq təhlillərin aparılması, sahibkarlığın inkişafına dövlət maliyyə dəstəyinin gücləndirilməsi, ixrac imkanlarının artırılması, dövlət proqramlarının icrasının sürətləndirilməsi və s. istiqamətlərdə müvafiq tapşırıqlar verib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlət başçısı tərəfindən makroiqtisadi sabitliyin qorunub saxlanılması, inflyasiyanın birrəqəmli səviyyədə saxlanılması, əsas infrastruktur layihələrinin icrası, dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin daha sürətlə həyata keçirilməsi, sənayeləşmənin sürətləndirilməsi, yeni emal müəssisələrinin yaradılması məqsədilə əlavə kreditlərin verilməsi, kənd təsərrüfatı sahəsində hazır məhsul ixracının genişləndirilməsi, sahibkarların ixrac imkanlarının artırılması, əhalinin kommunal xidmətlərə tələbatının daha dolğun ödənilməsi, sosial proqramların icrası və digər sahələrdə konkret tapşırıqlar verilib.

Xəbər lenti

Xəbər lenti