...

Azərbaycanda kənd təsərrüfatı layihələrinin 100 faiz maliyyələşdirilməsi güzəştli kreditlər hesabına mümkündür

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2011 19:55 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondu (SKMF) güzəştli kreditlər hesabına taxılçılıq və toxumçuluq təsərrüfatlarının yaradılması, intensiv nar bağlarının salınması, kiçik həcmli meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması üzrə layihələrin tam maliyyələşdirilməsinə hazır olduğunu açıqlayıb.
Azərbaycanda kənd təsərrüfatı layihələrinin 100 faiz maliyyələşdirilməsi güzəştli kreditlər hesabına mümkündür

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) güzəştli kreditlər hesabına taxılçılıq və toxumçuluq təsərrüfatlarının yaradılması, intensiv nar bağlarının salınması, kiçik həcmli meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması üzrə layihələrin tam maliyyələşdirilməsinə hazır olduğunu açıqlayıb. Trend-in məlumatına görə, bu barədə cümə günü SKMF-nin icraçı direktoru Şirzad Abdullayev Saatlı rayonunun Qıraqlı kəndində sahibkarlarla keçirdiyi görüşdə deyib.

Tədbir zamanı SKMF Saatlı və ətraf rayonlarda fəaliyyət göstərən 32 sahibkarlıq subyektinə 395 min manat məbləğində güzəştli kredit vəsaiti verib.

"Bu, 50 yeni iş yerinin açılmasını nəzərdə tutur", - Abdullayev bildirib.

Ümumlilikdə SKMF Aran iqtisadi rayonunda kiçik və orta biznesə kömək etmək üçün 35,8 milyon manat dəyərində 589 kredit ayırıb ki, bu da 1700-dən çox iş yerinin açılmasına imkan verir.

2011-ci ilin ötən dövrü ərzində müvəkkil kredit təşkilatları vasitəsilə ölkə üzrə sahibkarlıq subyektlərinin 1404 investisiya layihəsinin maliyyələşdirilməsinə 120,3 milyon manat vəsait ayrılıb. Bu layihələrin həyata keçirilməsi təqribən 5500 yeni iş yerinin açılmasına imkan verəcək.

Oktyabrın 28-nə olan rəsmi məzənnə 0,7869 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti