...

"Yapı Kredi Bank Azərbaycan" inkişafa təhsildən başlayır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2011 14:45 (UTC +04:00)
Türkiyənin "Yapı Kredi Bankı”nın tərkibində fəaliyyət göstərən Yapı Kredi Bankçılıq Akademiyası 2 noyabr 2011-ci il tarixindən Azərbaycanda da fəaliyyət göstərməyə başladı.
"Yapı Kredi Bank Azərbaycan" inkişafa təhsildən başlayır (FOTO)

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

Türkiyənin "Yapı Kredi Bankı"nın tərkibində fəaliyyət göstərən Yapı Kredi Bankçılıq Akademiyası 2 noyabr 2011-ci il tarixindən Azərbaycanda da fəaliyyət göstərməyə başladı. Bundan sonra "Yapı Kredi Bank Azərbaycan" QSC-nin əməkdaşları Akademiyanın "Yapı Kredi Bankı"n strategiyasına uyğun işləyib hazırladığı qabaqcıl tədris proqramları ilə təhsil alacaqlar.

Bankçılıq Akademiyası "Yapı Kredi Bank Azərbaycan" QSC-nin əməkdaşlarına uyğun hazırladığı təkmilləşmə proqramları ilə onların şəxsi inkişaflarına kömək göstərməyi və əldə etdikləri bilikləri işlərində tətbiq etməklə işin səmərəliliyini yüksəltməyi hədəfləyir.

Hazırda Yapı Kredi Bankçılıq Akademiyası tərəfindən "Yapı Kredi Bank Azərbaycan"nın inkişafı və böyüməsi istiqamətində "Yapı Kredi Azərbaycan İnkişaf Proqramı" hazırlanmışdır. Yaxın günlərdə bankın bütün əməkdaşlarının iştirakı ilə həmin proqramın tətbiqinə başlanılacaqdır. Proqramın tətbiqi müddətində Azərbaycan Bank Tədris Mərkəzi ilə də əməkdaşlıq ediləcəkdir.

Noyabrın 2-də "Park İnn" mehmanxanasında Yapı Kredi Bankçılıq Akademiyasının "Yapı Kredi Bank Azərbaycan" QSC-nin əməkdaşlarına təhsil verməsinə başlaması münasibətilə tədbir keçirildi. Tədbirdə "Yapı Kredi Bank Azərbaycan" QSC-nin İdarə Heyətinin sədri Coşkun Bulak gələn ildən başlayaraq bankın daha da inkişaf etdiriləcəyini və əhatə dairəsinin genişləndiriləcəyini bildirdi: "Bankçılıq Akademiyasının proqramı inkişaf etmək və böyümək baxımından bizim üçün böyük önəm daşıyır. Bu proqramın tətbiqinə başlamaqda məqsədimiz işçilərimizin bankçılıq sahəsi başda olmaqla, fərdi inkişaf, liderlik, və sosial məsulıiyyət sahələrində ehtiyaclarını və istəklərini ödəmək, beləliklə, onların daha da təkmilləşməsinə kömək göstərməklə qabaqcıl bank kimi inkişafımıza nail olmaqdır".

Tədbirdə Yapı Kredi Bankçılıq Akademiyasının geniş təqdimatı oldu. "Yapı Kredi Bankı"n İnsan resursları departamentinin rəhbəri Cihangir Kavuncu, "Yapı Kredi Bank Azərbaycan" QSC-nin İdarə Heyətinin sədri Coşkun Bulak, Bank Tədris Mərkəzinin rəhbəri Cavanşir Abdullayev və Akademiyanın vitse-prezidenti Saynur Önen təqdimatla çıxış etdilər.

Bildirildi ki, Yapı Kredi Bankçılıq Akademiyası 2008-ci ilin əvvəllərində fəaliyyətə başlamışdır. Akademiya təhsil və təkmilləşmə proqramlarını Bankçılıq, Fərdi inkişaf, Liderlik və Sosial məsuliyyət istiqamətlərində həyata keçirir. Akademiyanın əsas məqsədi savadlı bankçılar yetişdirməklə peşəkar bir komanda formalaşdırmaq, həmçinin xidmət keyfiyyətini, müştəri məmnuniyyətini və bankın gəlirliliyini artırmağa kömək göstərməkdir.

Xəbər lenti

Xəbər lenti