...

Azərbaycanın mebel istehsalçısı xaricdə mövqelərini möhkəmləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Noyabr 2011 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanın iri mebel istehsalçısı "Embawood"un məhsulları şirkətin 200-dən çox mebel salonu olduğu 10-dan çox ölkəyə ixrac edilir. Trend-in məlumatına görə, bu barədə cümə axşanı jurnalistlərə şirkətin marketinq üzrə direktoru İlkin Manafov deyib.

"2011-ci ilin əvvəlində şirkət Ukrayna bazarına çıxıb, 2012-ci ildə isə Rusiya, İran və Ukraynada mövqelərin möhkəmləndirilməsi planlaşdırılır. Hazırda şirkət Gürcüstanın mebel bazarının 8-9 faizini əhatə edir", - Manafov bildirib.

Onun sözlərinə görə, gələn il şirkət özünün satış nöqtələrindəki işləri yaxşılaşdırmaq yolu ilə satış həcmini artırmağı planlaşdırır.

"Bizim Masallı, Xırdalan və Sumqayıtda üç fabrikimiz, "Embawood" brendi altında 55 satış nöqtəmiz (altı regionu çıxmaq şərtilə, onlar bütün ölkəni əhatə edir), "Madeira" brendi altında 70 satış nöqtəmiz (onlar ölkənin bütün regionlarını əhatə edir) var. Ölkə əhalisinin 92 faizinin şirkətin məhsullarını almaq imkanı var. Biz 2012-ci ildə satış nöqtələrinin sayını artırmaqdan daha çox, onların səmərəliliyini artıracağıq", - Manafov bildirib.

Şirkət istehsal üçün xammalın böyük hissəsini Rusiya və Türkiyədən, üzlük materialları isə əsasən Türkiyə və Avropadan gətirir.

"Azərbaycanda minlərlə mebel istehsalçısı var. Bazarın 10-12 faizi "Embawood"un payına düşür, satış həcmi üzrə şirkət yaxın rəqibini 10-12 dəfə qabaqlayır", - Manafov deyib.

"Embawood"a yeni keyfiyyət sisteminin tətbiqi ilə məşğul olan Almaniyanın "SCHULER" şirkətinin nümayəndəsi Stiven Robinsonun sözlərinə görə, şirkətdə bu sistemin tətbiqi bütün istehsal prosesinə nəzarət etməyə və bu prosesdə çatışmazlıqları aradan qaldırmağa imkan verir.

"Embawood" mövcud sistemi hər bir məhsul növü üzrə bütün fabriklərində tətbiq etməyə başlayıb. "Embawood" ən son alman standartları ilə işləyir", - Robinson deyib.

Xəbər lenti

Xəbər lenti