...

"Səbət" ticarət şəbəkəsi mağazaların sayını artırır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Noyabr 2011 11:46 (UTC +04:00)
"Azeri Retail" MMC ilin sonunadək Bakı şəhərində "Səbət" marketlərin sayını 12-dən 15-ə çatdırmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə cümə günü layihənin rəhbəri Andrey Kalmıkov jurnalistlərlə görüşündə bildirib.
"Səbət" ticarət şəbəkəsi mağazaların sayını artırır (FOTO)

Azərbaycan, Bakı, 11 noyabr / Trend, müxbir А.Axundov/

"Azeri Retail" MMC ilin sonunadək Bakı şəhərində "Səbət" marketlərin sayını 12-dən 15-ə çatdırmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə cümə günü layihənin rəhbəri Andrey Kalmıkov jurnalistlərlə görüşündə bildirib.

"Səbət" Azərbaycanda mərkəzləşmiş şəkildə idarə olunan ilk ərzaq mağazaları şəbəkəsidir. Şəbəkəmizə aid ilk market 19 fevral 2011-ci ildə fəaliyyətə başlayıb. Gələn ilin sonunadək onların sayını 30-a çatdırmağı planlaşdırırıq. Onların hamısı Bakı şəhərində olacaq", - Kalmıkov bildirib.

Onun sözlərinə görə, "Səbət" marketlərdə orta bazarlıq səbəti Bakı şəhərində yerləşən digər marketlərdən 3-5 faiz ucuzdur.

"Gələn ildə də qiymətlərimizi bu səviyyədə saxlayacağıq", - Kalmıkov deyib.

Onun sözlərinə görə şirkət müxtəlif aksiyalar keçirir ki, bunlardan biri də müəyyən günlərdə yüksək tələbatlı 2 məhsula edilən 50 faizlik endirimdir. "Bu məhsullar toyuq yumurtası, un, toyuq əti, yağ, şəkər tozu və s. ola bilər. Bu tipli aksiyaları biz özümüz maliyyələşdiririk, təchizatçıların çoxu ona qoşulmur. Biz istərdik ki, məsrəfləri 50:50-yə nisbətində yarı bölək. Bu onlara da sərfəli olardı. Bu aksiya uğurla keçir. Aksiya olan günləri alıcıların sayı adi günlərdəkindən 2 dəfə çox olur", - Kalmıkov bildirib.

Layihə rəhbəri qeyd edib ki, şirkət "Azərsun Holdinq", "Atropatena" və s. kimi böyük təchizatçı və istehsalçı şirkətlərlə əməkdaşlıq edir. "Şəbəkədə işləmək üçün Avropa və Rusiyada böyük şəbəkələrdə işləmiş dörd mütəxəssis cəlb olunub. Gələn il onların sayı beşə çatacaq", - Kalmıkov deyib.

Onun sözlərinə görə şirkətdə 400 nəfər çalışır. Orta hesabla hər marketdə 20-25 nəfər işləyir.

"Biz brendimizi dəyişməyi düşünmürük. Ola bilsin ki, "Səbət market", "Səbət supermarket", "Səbət hipermarket" kimi brendlər tətbiq olunsun. Lakin "Səbət" əsas brend olaraq qalacaqdır," - o deyib.

Kalmıkovun sözlərinə görə şirkət regionlarda marketlərin açılmasına müsbət yanaşır. Lakin bu 2013-cü ildə mümkün olacaq.

"Regionlarda lazımi şərait var, orda hər şey alınacaq. Yeganə problem logistikadır. Logistika Mərkəzi tikildikdən sonra bu mümkün olacaq," - Kalmıkov bildirib.

Onun sözlərinə görə şirkət 20 mağazaya malik olduqdan sonra, başqa sözlə 2012-ci ilin ortalarına doğru belə bir mərkəzi işə salacaq. "Biz logistika mərkəzini şəhər ətrafında yaratmağı düşünürük," - Kalmıkov əlavə edib.

"Səbət" mağazalar şəbəkəsi Azeri-Retail MMC-yə məxsusdur. Azeri Retail MMC 2010-cu ildə təsis olunub. Layihə Avstriyada yerləşən "Emsa Capital" investisiya fondunun təşəbbüsü ilə həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti