Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir A.Axundov/
2011-ci ilin yanvar-oktyabrında Azərbaycanda tikinti materiallarının istehsalı ilə məşğul olan şirkətlər 212,9 milyon dəyərində məhsul istehsal ediblər. Bu barədə şənbə günü Trend-ə Dövlət Statistika Komitəsindən məlumat veriblər.
Məlumata əsasən, yanvar-oktyabr ayları ərzində 1195,8 min ton sement, 90,5 min ton tikinti gipsi, 933,8 min ton hazır beton qarışığı istehsal edilib.
Hesabat dövründə 304 min ton asfalt, 34,3 min kubmetr yığma beton tikinti konstruksiyası, 199,4 min kubmetr tikinti kərpici də istehsal edilib.
Noyabrın 1-nə müəssisələrin anbarlarında 9,6 milyon manat dəyərində hazır tikinti materialları ehtiyatı yaradılıb ki, bu da ölkənin anbarlarında mövcud olan bütün hazır məhsulların 4 faizini təşkil edir.
Noyabrın 19-na olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.