...

Azərbaycan turizm obyektlərinin özəlləşdirilməsi üzrə xarici təcrübəni öyrənir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2011 17:14 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi turizm obyektlərinin özəlləşdirilməsi sahəsində xarici ölkələrin təcrübəsinin öyrənilməsi məqsədilə Quba və Şəki şəhərlərində seminarlar keçirib.
Azərbaycan turizm obyektlərinin özəlləşdirilməsi üzrə xarici təcrübəni öyrənir

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir N.İsmayılova/

Əmlak Məsələləri Dövlət Komitəsi turizm obyektlərinin özəlləşdirilməsi sahəsində xarici ölkələrin təcrübəsinin öyrənilməsi məqsədilə Quba və Şəki şəhərlərində seminarlar keçirib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Komitənin yaydığı məlumatda deyilir.

Seminarlar noyabrın 21-də Qubada və noyabrın 23-də Şəkidə keçirilib və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birgə təşkil olunub.

"Seminar çərçivəsində alman ekspertlər Aİ ölkələrində turizm sahəsində aparılan islahatlar, o cümlədən turizm obyektlərinin özəlləşdirilməsi prosesləri haqqında danışıblar. Özəlləşdirmə yolu ilə turizmin inkişafına investisiyaların cəlb olunmasına konkret nümunələr göstərilib, eləcə də xidmət çeşidlərinin genişləndirilməsi və onların keyfiyyətinin artırılmasının vacibliyi qeyd olunub", - məlumatda deyilir.

Seminarda özəlləşdirilmiş turizm obyektlərinin uğurlu fəaliyyət göstərməsi üçün zəruri şəraitin yaradılması məsələlərinə də baxılıb. Bu sahədə Azərbaycanda Almaniyanın və digər Aİ ölkələrinin təcrübəsinin tətbiqi imkanı ilə bağlı fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti