...

İnquşetiya Azərbaycan üçün iqtisadi baxımdan cəlbedici zonadır - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2011 16:03 (UTC +04:00)
İnquşetiya Azərbaycan üçün iqtisadi baxımdan cəlbedici zonadır.
İnquşetiya Azərbaycan üçün iqtisadi baxımdan cəlbedici zonadır - nazir

Azərbaycan, Bakı, 30 noyabr /Trend/

İnquşetiya Azərbaycan üçün iqtisadi baxımdan cəlbedici zonadır. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Şimali Qafqaz respublikasına səfəri zamanı bəyan edib. Məlumatı İnquşetiya rəhbərinin mətbuat xidməti yayıb.

Onun sözlərinə görə, burada çayın çəkilib-bükülməsi sexi, ağac emalı zavodunun yaradılması, "Kavdolomit" müəssisəsinin inkişafı, İnquşetiyanın aqrosənaye kompleksi üzrə vəsaitlərin investisiyalaşdırılması üçün əlverişli şərait var.

Mustafayev məlumat verib ki, gələn ilin yazında Bakıda iqtisadi forum keçiriləcək. Nazir İnquşetiyadan olan sahibkarları forumda öz təklifləri barədə daha geniş məlumat verməyə dəvət edib.

Azərbaycan iqtisadi inkişaf naziri hesab edir ki, müxtəlif sahələrində əməkdaşlıq hər iki tərəf üçün əlverişlidir. İnquşetiya hökumətinin başçısı Musa Çiliyevin başçılıq etdiyi hökumət üzvlərinin və Azərbaycan nümayəndələrinin iştirakı ilə Ceyrax rayonunda keçirilən iclasda biznes və investisiya yatırımları sahəsində ümumi maraqlar səsləndirilib.

Azərbaycan nümayəndə heyətinin bu səfəri Azərbaycan Respublikası ilə İnquşetiya Respublikası arasındakı saziş çərçivəsində baş tutub. Saziş cari ilin oktyabrında İnquşetiyanın rəhbəri Yunusbek Yevkurovun Aleksandr Xlopininin baçılığı ilə Şimali Qafqaz Federal Dairəsinin nümayəndə heyətinin tərkibində Bakıya səfəri zamanı imzalanıb.

Xəbər lenti

Xəbər lenti