...

Azərbaycan valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2011 13:41 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) ucuzlaşıb.
Azərbaycan valyuta bazarının həftəlik icmalı

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir N.İsmayılova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) ucuzlaşıb. Ötən həftə orta məzənnə 0,78644 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

21 noyabr

0,7865

28 noyabr

0,7865

22 noyabr

0,7865

29 noyabr

0,7864

23 noyabr

0,7865

30 noyabr

0,7864

24 noyabr

0,7865

1 dekabr

0,7864

25 noyabr

0,7865

2 dekabr

0,7865

Həftə ərzində orta

0,7865

Həftə ərzində orta

0,78644

Həftənin yekununa əsasən, Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi 0,7857 manat səviyyəsində dəyişməz qalıb.

Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): noyabrın 28-də 0,7857 AZN/USD məzənnə ilə $7,822 mln., noyabrın 29-da 0,7857 AZN/USD məzənnə ilə $1,85 mln, noyabrın 30-da 0,7857 AZN/USD məzənnə ilə $1,149 mln, dekabrın 1-də 0,7857 AZN/USD məzənnə ilə $1,344 mln, dekabrın 2-də sövdələşmə olmayıb, buna görə də məzənnə 0,7857 AZN/USD səviyyəsində qalıb.

ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi

21 noyabr

0,7863

28 noyabr

0,7857

22 noyabr

0,7857

29 noyabr

0,7857

23 noyabr

0,7857

30 noyabr

0,7857

24 noyabr

0,7857

1 dekabr

0,7857

25 noyabr

0,7857

2 dekabr

0,7857

Həftə ərzində orta

0,78582

Həftə ərzində orta

0,7857

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Xəbər lenti

Xəbər lenti