...

Azərbaycanın lizinq şirkəti yenidən korporativ istiqrazlar bazarına çıxır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2011 19:24 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Qafqaz Lizinq" ASC-nin 2 milyon manat dəyərində təmin edilməmiş, faizli, sənədsiz, adlı istiqrazlarının emissiya prospektini qeydiyyata alıb.
Azərbaycanın lizinq şirkəti yenidən korporativ istiqrazlar bazarına çıxır

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Qafqaz Lizinq" ASC-nin 2 milyon manat dəyərində təmin edilməmiş, faizli, sənədsiz, adlı istiqrazlarının emissiya prospektini qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü QKDK-nin yaydığı məlumatda deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat olan 2000 istiqraz buraxılıb.

Bu, 2011-ci ildə lizinq şirkəti tərəfindən istiqrazların ikinci buraxılışıdır. 2011-ci ilin avqustunda "Qafqaz Lizinq" 1,5 milyon manat dəyərində istiqrazların emissiya prospektini qeydiyyata alıb. Bununla yanaşı, buraxılış çərçivəsində qiymətli kağızların sayı hər birinin nominal dəyəri 1000 manat olan 1500 ədəd təşkil edib.

"Qafqaz Lizinq" MMC maliyyə lizinq şirkətidir. Səhmlərin 100 faizi strukturun təsisçisi olan Türkiyənin NAB Şirkətlər Qrupuna məxsusdur.

Dekabrın 28-nə olan rəsmi məzənnə 0,7862 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti