Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir N.İsmayılova/
2011-ci ilin dekabr ayında dövlət qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) Bakı Fond Birjasının Analitik şöbəsinin hesablamalarına əsasən, brokerlərin renkinqində göstərilmiş xidmətlərin həcminə görə "Çelsi Kapital" başçılıq edir. Şirkət 4 müştəriyə ümumi dəyəri 25,6 milyon manat olan broker xidmətləri göstərib.
Birjadan cümə günü Trend-ə verilən məlumata görə, ikinci yeri 1 müştəriyə ümumi həcmi 11,5 milyon manat olan broker xidmətləri göstərmiş "BoB Broker" tutub. Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə isə 9,99 milyon manatla "Caspian Financial ltd" qərarlaşıb.
2011-ci il dekabr ayı üzrə DQK bazarında göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi:
Xidmətlərin həcminə görə cari yeri |
Xidmətlərin həcminə görə əvvəlki yeri |
Brokerlər |
Əqdlərin sayı |
Müştərilərin sayı |
Əməliyyatların həcmi (AZN) |
1 (-) |
1 |
"Çelsi Kapital" MMC |
10 |
4 |
25 585 577,15 |
2 (▲) |
4 |
"BoB Broker" MMC |
3 |
1 |
11 488 387,82 |
3 (▼) |
2 |
"Caspian Financial ltd" MMC |
6 |
2 |
9 987 311,50 |
4 (▲) |
6 |
"Respublika İnvest" MMC |
2 |
1 |
7 995 966,09 |
5 (▼) |
3 |
"Brokdil-Az" MMC |
7 |
1 |
7 203 848,61 |
6 (▼) |
5 |
"Texnika Kapital Menecment" MMC |
1 |
1 |
859 105,80 |
Yanvarın 6-na olan rəsmi məzənnə 0,7864 AZN/USD təşkil edir.