...

"Amrahbank" Azərbaycan İpoteka Fondunun agenti olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2012 10:39 (UTC +04:00)
Azərbaycan bankı "Amrahbank" ölkənin Mərkəzi Bankı yanındakı (AMB) Azərbaycan İpoteka Fondunun (AİF) agenti olub. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi fonfun saytında yerləşdirilmiş məlumatda deyilir.
"Amrahbank" Azərbaycan İpoteka Fondunun agenti olub

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir N.İsmayılova/

Azərbaycan bankı "Amrahbank" ölkənin Mərkəzi Bankı yanındakı (AMB) Azərbaycan İpoteka Fondunun (AİF) agenti olub. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi fonfun saytında yerləşdirilmiş məlumatda deyilir.

Nəticədə AİF-in agent banklarının sayı 27-yə çatıb.

"Amrahbank" 1993-cü ildə təsis edilib. Bankın səhmlərinin 49 faizi Bəhreyndə yerləşən Beynəlxalq Sərmayə Bankına məxsusdur.

Azərbaycan İpoteka Fondu 2005-ci ilin sentyabrında Azərbaycan Prezidentinin fərmanı ilə dövlət təşkilatı qismində yaradılıb. Onun nizamnaməsi Prezidentin ayrıca fərmanı ilə 2005-ci ilin dekabrında təsdiq edilib. AİF-in əsas məqsədi Azərbaycan vətəndaşlarının uzunmüddətli maliyyələşdirmə vasitəsilə mənzillərlə təmin edilməsi üçün maliyyələşmə mexanizmlərinin yaradılmasından, eləcə də ipoteka kreditləşməsinə daxili və xarici investisiyaların cəlb edilməsindən ibarətdir.

Hazırda İpoteka Fondunun müvəkkil agenti qismində 27 bank, 19 sığorta şirkəti və 13 qiymətləndirmə təşkilatı çıxış edir.

Xəbər lenti

Xəbər lenti