...

Azərbaycanda ipoteka istiqrazlarının beşinci emissiyası qeydiyyata alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2012 19:27 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) Mərkəzi Bankın nəzdində fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) 30 milyon manat həcmində faizli, sənədsiz, təmin edilmiş, adlı istiqrazlarının beşinci emissiyasını qeydiyyata alıb.
Azərbaycanda ipoteka istiqrazlarının beşinci emissiyası qeydiyyata alınıb

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir İ.Xəlilova/

Yanvarın 16-da Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) Mərkəzi Bankın nəzdində fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) 30 milyon manat həcmində faizli, sənədsiz, təmin edilmiş, adlı istiqrazlarının beşinci emissiyasını qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi QKDK-nın saytında yerləşdirilən məlumatda deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat olan 30 min istiqraz buraxılıb. Emissiya açıq yerləşdirmə vasitəsilə həyata keçiriləcək.

AİF-in faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının ilk emissiyası 2009-cu ilin iyununda qeydiyyata alınıb. Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat və illik 3 faiz gəliri olan 55 min istiqraz qeydiyyata alınıb. İsrtiqrazların ödənilmə müddəti 2019-cu ilin dekabrın 11-nə təyin edilib. Bu emissiyanın yerləşdirilməsi 2010-cu ilin yanvarında başlanıb.

AİF-in 60 milyon manat dəyərində faizli, sənədsiz, təmin edilmiş, adlı istiqrazlarının üçüncü emissiyası 2010-cu ilin noyabrnda qeydiyyata alınıb. İstiqrazlar üzrə gəlir 3 faiz təşkil edib. Emissiyanın yerləşdirilməsi 2011-ci il yanvarın 17-də başlayıb.

2011-ci ilin sentyabrında AİF-in 20 milyon manat dəyərində faizli, təmin edilmiş istiqrazlarının dördüncü emissiyası qeydiyyata alınıb. Bu gün həmin həcmdən 17 milyon manatlıq istiqraz yerləşdirilib. Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat olan 20 min istiqraz buraxılıb. İstiqrazların müraciət müddəti 250 gün təşkil edir və onların yerləşdirilməsi ötən il oktyabrın 4-dən başlayıb.

2011-ci il ərzində AİF 77 milyon manat məbləğində istiqraz yerləşdirib.

Yanvarın 16-na olan rəsmi məzənnə 0,7864 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti