...

DB 2012-ci ildə Azərbaycanda ÜDM-in üç fazilik artımını proqnozlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2012 11:22 (UTC +04:00)
2012-ci ildə Azərbaycanda ÜDM-də artımın 3,1 faiz səviyyəsində olacağı gözlənilir. Trend-in məlumatına görə, bu barədə Dünya Bankının (DB) "Qlobal iqtisadi perspektivlər 2012" (Global Economic Prospects 2012) adlı məruzəsində göstərilir.
DB 2012-ci ildə Azərbaycanda ÜDM-in üç fazilik artımını proqnozlaşdırır

Azərbaycan, Bakı, 18 yanvar / Trend, müxbir N.İsmayılova /

2012-ci ildə Azərbaycanda ÜDM-də artımın 3,1 faiz səviyyəsində olacağı gözlənilir. Trend-in məlumatına görə, bu barədə Dünya Bankının (DB) "Qlobal iqtisadi perspektivlər 2012" (Global Economic Prospects 2012) adlı məruzəsində göstərilir. Məruzə çərşənbə günü strukturun rəsmi saytında yerləşdirilib.

2013-cü il üçün proqnoz 4,4 faiz təşkil edir. 2012-ci ildə cari əməliyyat hesabı ÜDM-in 22,4 faizi, 2013-cü ildə isə 21,5 faiz səviyyəsində gözlənilir.

"İnkişaf etməkdə olan ölkələr gələcəkdə də iqtisadi artımın ləngiməsinə hazır olmalıdırlar, çünki Avrozonanın borc problemləri və bəzi bazarların formalaşdığı ölkələrdə artımın zəifləməsi dünya iqtisadiyyatının artım perspektivlərini azaldır",- məruzədə deyilir.

DB 2012-ci il üzrə inkişaf etmiş ölkələr üçün iqtisadi artım proqnozunun 5,4 faizə və yüksək gəlirli ölkələr üçün 1,4 faizə qədər (Avrozona üçün - 0,3 faiz) azaldıb, onlar iyun qiymətləndirmələri ilə müqayisədə müvafiq olaraq 6,2 və 2,7 faiz (Avrozona üçün 1,8 faiz) təşkil edirlər. İndiki proqnoza görə, dünya iqtisadiyyatının artım tempi 2012-ci və 2013-cü illərdə müvafiq olaraq 2,5 və 3,1 faiz təşkil edəcək.

"İqtisadi artımın ləngiməsi artıq dünya ticarətinin zəifləməsində və xammal qiymətlərinin azalmasında təzahür edir. 2011-ci ildə mal və xidmətlərin dünyada ixracı qiymətləndirmələrə görə 6,6 faiz (2010-cu ildəki 12,4 faiz artımla müqayisədə azalıb) təşkil edib, 2012-ci ildə isə onun cəmi 4,7 faiz artacağı gözlənilir. Bununla yanaşı, enerji resurslarının, metalların və mineral xammalın, kənd təsərrüfatı məhsullarının dünya qiymətləri 2011-ci ildəki son maksimal rəqəmlərlə müqayisədə müvafiq olaraq 10, 25 və 19 faiz azalıb", - məruzədə deyilir.

Xammalın qiymətlərinin azalmasına inkişaf etməkdə olan ölkələrin əksəriyyətində istehlak qiymətlərində inflyasiyanın azalması səbbə olub.

Azərbaycan hökumətinin proqnozlarına görə, 2012-ci il sosial-iqtisadi inkişafın konsepsiyası layihəsi çərçivəsində ÜDM-in real artım sürəti 5,7 faiz, qeyri-neft ÜDM-i - 8,6 faiz, neft ÜDM-i - 1,5 faiz təşkil edəcək. İnflyasiyanın səviyyəsinin altı faiz olacağı gözlənilir. Ölkənin ÜDM-inin gələn il üçün 0,79 manatın bir ABŞ dollarına nisbətdə məzənnəsi hesabı ilə 55,1 milyard dollar həcmində olacağı proqnozlaşdırılır.

Xəbər lenti

Xəbər lenti