...

İstanbul-Bakı aviareysi gecikmə ilə gələcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2012 13:11 (UTC +04:00)
"Turkish Airlines" şirkətinin həyata keçirdiyi İstanbul-Bakı aviareysi Azərbaycan paytaxtına bir saat gecikmə ilə gələcək.
İstanbul-Bakı aviareysi gecikmə ilə gələcək

Azərbaycan, Bakı, 27 yanvar/Trend müxbir E. İsmayılov/

"Turkish Airlines" şirkətinin həyata keçirdiyi İstanbul-Bakı aviareysi Azərbaycan paytaxtına bir saat gecikmə ilə gələcək. Bu barədə cümə günü Trend-ə Heydər Əliyev Benəlxalq Hava Limanından məlumat veriblər.

Aeroportdan bildiriblər ki, "Boeing 737-800" markalı təyyarə Bakıya yerli vaxtla saat 13:30-da gələcək. Təyyarə cədvəl üzrə saat 12:30-da gəlməli idi.

"Təyyarənin gecikməsi hava şəraiti ilə əlaqədardır" , - aeroportdan qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti