Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir A.Axundov/
Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən alınan qeydiyyat şəhadətnamələri, sürücülük vəsiqələri, qeydiyyat nişanları, xidmətlə bağlı digər blanklar və büdcə vəsaiti hesabına idxal olunan avadanlıqlar əlavə dəyər vergisindən azad edilir.
Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Nazirlər Kabinetinin qərarının mətnində deyilir.
Müvafiq dəyişikliklər Nazirlər Kabinetinin "Azərbaycan ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında" və "Azərbaycanda ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" qərarlarına daxil edilib.
Dəyişikliklər qəbul edildiyi gündən - yanvarın 24-dən qüvvəyə minir.
Azərbaycanda ƏDV dərəcəsi 18 faiz təşkil edir.