...

"Ata Travel" Yunanıstanın "Le Grand" turizm şirkətinin Azərbaycanda rəsmi tərəfdaşı oldu (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2012 20:48 (UTC +04:00)
"Ata Travel" MMC-nin direktoru Vüsal Əliyev və Yunanıstanın "Le Grand" turizm şirkətinin satış və VIP xidmətləri üzrə meneceri Konstantin Konxidis bazar ertəsi Azərbaycan turizm şirkətinin təqdimatı zamanı müqavilə bağlayıblar.
"Ata Travel" Yunanıstanın "Le Grand" turizm şirkətinin Azərbaycanda rəsmi tərəfdaşı oldu (FOTO)

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir M.Əliyev/

"Ata Travel" MMC-nin direktoru Vüsal Əliyev və Yunanıstanın "Le Grand" turizm şirkətinin satış və VIP xidmətləri üzrə meneceri Konstantin Konxidis bazar ertəsi Azərbaycan turizm şirkətinin təqdimatı zamanı müqavilə bağlayıblar.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən Əliyev qeyd edib ki, "Ata Travel" 2011-ci ildə "Ata Holdinq" ASC tərəfindən təsis edilib, dünyanın istənilən yerinə turların təşkili üzrə çoxsaylı xidmətlər təqdim edir, müştərilərinə hotel, aviabilet, turlar, transfer, sığorta və viza dəstəyinin təşkili üzrə xidmətlər təklif edir.

"Biz azərbaycanlı turistlərin Yunanıstana turlarını, səyahətini təşkil edəcəyik. Gələcəkdə, həmçinin "Le Grand" turizm şirkətinin imkanlarından istifadə edərək, yunan turistləri ölkəmizə dəvət edəcəyik", - Əliyev deyib.

Konxidis tədbirdə çıxışında bildirib ki, hər il dünyanın müxtəlif ölkələrindən Yunanıstana gələn turistlərin sayı artır. "Ölkəmizdəki turizm obyektlərində Azərbaycandan gələcək turistlər daxil olmaqla bütün turistlərin qəbulu və yüksək istirahəti üçün hər cür şərait yaradılıb", - Konxidis deyib.

Təqdimatın sonunda qonaqlar arasında mükafatı Yunanıstana ikinəfərlik tur-paket olan lotereya keçirilib. Qalibə "Le Grand" şirkətindən tur-paket təqdim edilib.

"Le Grand" şirkəti 1985-ci ildə Krit adasındakı İraklion şəhərində yaradılıb. Şirkət turistlərə Yunanıstanın bütün yerlərinə, o cümlədən Krit, Rodos, Koş, Santori və digər adalara yüksək səviyyədə turlar təklif edir.

Xəbər lenti

Xəbər lenti