...

Bakıda yolların təmizlənməsi necə həyata keçirilir?

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2012 10:03 (UTC +04:00)
Nəqliyyat Nazirliyi "Azəryolservis" SC respublika yollarında avtomobillərin normal hərəkətinin təmin edilməsi üçün bütün ehtiyatları işə salıb.
Bakıda yolların təmizlənməsi necə həyata keçirilir?

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir A.Axundov/

Nəqliyyat Nazirliyi "Azəryolservis" SC respublika yollarında avtomobillərin normal hərəkətinin təmin edilməsi üçün bütün ehtiyatları işə salıb. Bu barədə çərşənbə günü Trend-ə SC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

"Dünən axşamdan hava pisləşib və biz hazırlıq işlərinə başlamışıq", - Mürsəliyev deyib.

Onun sözlərinə görə, qar yağması və yolların buz bağlaması ilə əlaqədar artıq bütün xüsusi texnika və işçilər çalışırlar.

"Texnika yollarda, xüsusilə aeroport yolunda və Bakı-Sumqayıt magistralında işləyir", - Mürsəliyev qeyd edib.

Çərşənbə günü səhərdən Bakıda güclü çovğun başlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan daha əvvəl Trend-ə verilən məlumata görə, çərşənbə günü şaxtalar güclənəcək.

Fevralın 7-dən 8-nə keçən gecə və 8-dən 9-na keçən gecə Bakıda minimal temperaturun 6-10 dərəcə şaxta təşkil edəcəyi gözlənilir. Yaxın günlərdə ən kəskin hava şəraitinin fevralın 8-də olacağı gözlənilir. Həmin gün günorta saatlarında temperatur 3-5 dərəcə şaxta olacaq, çovğun müşahidə olunacaq.

Azərbaycanın rayonlarında fevralın 9-u səhərədək fasilələrlə qar yağacaq. Fevralın 7-si axşamdan yağıntıların intensivləşəcəyi, fevralın 8-də isə bəzi yerlərdə qarın güclü yağacağı gözlənilir.

Qeyd edək ki, son 10 gündə Bakıda iki dəfə çovğunla müşahidə olunan hava şəraiti qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti