...

"Fitch" Kapital Bankın reytinqini B+ səviyyəsində təsdiq etib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2012 10:56 (UTC +04:00)
"Fitch Ratings" Beynəlxalq reytinq agentliyi Kapital Bankın xarici valyutada uzunmüddətli emitent defoltu reytinqini (EDR) sabit proqnozla B+ səviyyəsində təsdiq edib.
"Fitch" Kapital Bankın reytinqini B+ səviyyəsində təsdiq etib

Azərbaycan, Bakı, 8 fevral /Trend/

"Fitch Ratings" Beynəlxalq reytinq agentliyi Kapital Bankın xarici valyutada uzunmüddətli emitent defoltu reytinqini (EDR) sabit proqnozla B+ səviyyəsində təsdiq edib.

Agentliyin rəyində Kapital Bankın bir sıra mühüm dövlət layihələrində fəal iştirakı diqqətə çatdırılıb. Azərbaycanın bütün regionlarını əhatə edən geniş filial şəbəkəsi vasitəsilə pensiyaların paylanmasında Kapital Bankın mühüm rol oynadığı xüsusi vurğulanıb. Bankın likvidlik mövqeyinin də güclü olduğu, likvidlik səviyyəsinin aktiv və passivlərlə mütənasiblik təşkil etdiyi göstərilib.

Ümumilikdə Fitch Ratingin Kapital Banka verdiyi reytinqlər aşağıdakı kimidir:

Uzunmüddətli EDR: 'B+', stabil proqnozla
Qısamüddətli EDR: 'B'
Davamlılıq reytinqi: 'b-'
Dəstək reytinqi: '4'
Uzunmüddətli EDR-ə dəstək reytinqi: 'B+'

Xəbər lenti

Xəbər lenti