...

Pis hava şəraiti ilə əlaqədar Rusiya gəmiləri Azərbaycana yan alıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2012 17:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir E.İsmayılov/

Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq bir neçə Rusiya gəmisi Xəzərin Azərbaycan sektorunda Pirallahı və Türkan qəsəbələrinin ərazilərinə yan alıb. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan Dövlət Dəniz Administrasiyasından (ADDA) məlumat verilib.

"Hava şəraitinin yaxşılaşması ilə gəmilər təyinat məntəqəsi üzrə yollarına davam edəcəklər", - administrasiyadan bildiriblər.

ADDA-dan deyildiyi kimi, pis hava şəraitində gəmilərin yan alması adi haldır.

Xəbər lenti

Xəbər lenti