...

Azərbaycan Türkiyəyə investisiyaları 31 faiz artırıb - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2012 15:04 (UTC +04:00)
Son bir il ərzində Azərbaycan Türkiyə iqtisadiyyatına investisiyaları 31 faiz artırıb.
Azərbaycan Türkiyəyə investisiyaları 31 faiz artırıb - nazir

Gürcüstan, Tbilisi, 16 fevral / Trend, müxbir N.Kirtsxaliya /

Son bir il ərzində Azərbaycan Türkiyə iqtisadiyyatına investisiyaları 31 faiz artırıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Tbilisidə jurnalistlərə bildirib.

O, iki ölkənin iş adamlarının həm Azərbaycanda, həm də Türkiyədə həyata keçirdikləri qarşılıqlı investisiya layihələri ilə bağlı razılığını ifadə edib.

"Azərbaycan Türkiyədə investisiya layihələrini reallaşdırmağı davam etdirmək niyyətindədir", - Mustafayev deyib.

Nazir onlar arasında İzmirdəki liman tikintisini, İstanbulda mağazalar şəbəkəsinin alınmasını qeyd edib.

"Habelə Transanadolu boru kəmərinin tikintisi gedir", - o deyib.

Mustafayev türkiyəli iş adamlarının Azərbaycanda investisiyalarının artımından razılığını bildirib.

"Bu, qarşılıqlı əlaqələrimizin daha da möhkəmləndiyini və iqtisadiyyatlarımızın inkişafının rəhni olduğunu güman etməyə əsas verir", - o deyib.

Nazir bu formatda görüşlərin davam etdirilməsinə tərəfdar olduğunu və onların regiondakı tərəfdaş ölkələr arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə yardım etdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti