Azərbaycan, Bakı, 17 fevral / Trend, müxbir A.Axundov/
Azərbaycanda ünvanlı sosial yardımların (ÜSY) verilməsinin alternativ mexanizminə, yəni "Özünüdəstək" layihəsinə maraq artır. Trend-in məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov cümə günü vətəndaşlarla keçirilən görüşdə bildirib.
"Bu gün layihə ölkənin beş rayonunda, eləcə də Bakının Nizami rayonunda reallaşdırılır", - nazir deyib.
Görüş iştirakçılarından biri sahibkarlıq məqsədləri üçün ÜSY-nin birdəfəlik alınması ilə bağlı müraciət edib.