...

İlin əvvəlindən Azərbaycan biznesinə güzəştli şərtlərlə 40 milyon dollar təqdim edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2012 17:09 (UTC +04:00)
2012-ci ilin əvvəlindən Azərbaycanda sahibkarlıq subyektlərinin 241 investisiya layihəsinin maliyyələşdirilməsinə güzəştli şərtlərlə 30,7 milyon manat ayrılıb.
İlin əvvəlindən Azərbaycan biznesinə güzəştli şərtlərlə 40 milyon dollar təqdim edilib

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir N.İsmayılova/

2012-ci ilin əvvəlindən Azərbaycanda sahibkarlıq subyektlərinin 241 investisiya layihəsinin maliyyələşdirilməsinə güzəştli şərtlərlə 30,7 milyon manat ayrılıb.

Trend-in məlumatına görə, bu barədə cümə günü İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun icarçı direktoru Şirzad Abdullayev İsmayıllı rayonunun Cülyan kəndində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda keçirilən tədbirdə bildirib.

"Fond həmin vəsaitdən respublikanın regionları üzrə 217 investisiya layihəsinin maliyyələşdirilməsinə 26 milyon manat və Bakı qəsəbələri üzrə 24 investisiya layihəsinin maliyyələşdirilməsinə 4,7 milyon manat güzəştli kreditlər verib. Bu kreditlər hesabına 950-dək yeni iş yerinin yaradılması nəzərdə tutulub", - Abdullayev qeyd edib.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə İsmayıllı və ətraf rayonlarda fəaliyyət göstərən 32 sahibkarlıq subyektinə 406 min manat güzəştli kredit vəsaiti verilib. Bu kreditlər hesabına 60-dan çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Fevralın 17-nə olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti