...

İqtisadi İnkişaf Nazirliyi Azərbaycanda tullantıların daşınmasına görə ödənişin ləğvi məsələsinə aydınlıq gətirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2012 18:43 (UTC +04:00)
Nazirlər Kabineti Tarif Şurasının qərarı ilə əlaqədar olaraq, qanunvericiliyə dəyişikliklər edir. Şuranın qərarına əsasən, ötən ilin dekabrın 1-dən ölkədə kommunal xidmətlərə görə tariflər dəyişdirilib.
İqtisadi İnkişaf Nazirliyi Azərbaycanda tullantıların daşınmasına görə ödənişin ləğvi məsələsinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir A.Axundov/

İqtisadi İnkişaf Nazirliyi Azərbaycanda tullantıların daşınması və zərərsizləşdirilməsinə görə ödənişin ləğv edilməsi məsələsinə aydınlıq gətirib.

Azərbaycan Nazirlər Kabineti Tarif Şurasının qərarı ilə əlaqədar olaraq, qanunvericiliyə dəyişikliklər edir. Şuranın qərarına əsasən, ötən ilin dekabrın 1-dən ölkədə kommunal xidmətlərə görə tariflər dəyişdirilib.

Azərbaycan Nazirlər Kabinetinin 2012-ci il 17 fevral tarixli qərarı ilə ölkədə dövlət və ictimai mənzil fondlarına daxil olan evlərdə məişət tullantılarının daşınması və zərərsizləşdirilməsinə görə ödəniş ləğv edilib.

Müvafiq dəyişikliklər Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında" qərarında edilib.

Bu, Azərbaycan Tarif Şurasının qərarının nəticəsidir. Qərara əsasən, 2011-ci il dekabrın 1-dən etibarən bərk məişət tullantılarının yığılması və daşınması xidmətlərinin tarifləri əhali qrupu üzrə bir nəfər üçün ayda 0,3 manata (30 qəpik), digər qruplar üçün isə bir kubmetrə görə 10 manata qədər artıb. Bu barədə cümə günü Trend-ə İqtisadi İnkişaf Nazirliyindən bildiriblər.

Bir kubmetr tullantının zərərsizləşdirilməsinə görə tariflər 1,2 manat səviyyəsində təsdiq edilib.

Qeyd edək ki, əvvəllər bərk məişət tullantılarının yığılması və daşınmasının xidmətlərinin tarifləri digər qrup şəxslər üçün olduğu kimi əhali qrupu üzrə bir nəfər üçün 0,14 manat (14 qəpik) təşkil edib. Tullantıların zərərsizləşdirilməsinə görə tariflər həyata keçirilməyib.

Fevralın 17-nə olan rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti