Azərbaycan, Bakı, 20 fevral / Trend /
Bu gecə Bakıda yağan qar Heydər Əliyev Beynəlxaq Hava Limanının işinə təsir etməyib. Bu barədə Trend-ə "Azərbaycan Hava Yolları" QSC-dən bildirilib.
Bütün aviareyslər cədvələ əsasən göndərilir və qəbul olunur.
Bazar ertəsi "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov Trend-ə bildirib ki, pis hava şəraiti Bakı vağzalının işinə, qatarların qəbuluna və yola salmasına mane olmayıb.
Fevralın 20-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Paytaxtda və yarımadada güclü şimal-qərb küləyi əsəcək, havanın temperaturunun gecə 0-2 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacağı gözlənilir. Gecə və səhər yollar buz bağlayacaq. Qeyri-sabit hava şəraiti fevralın 21-dək davam edəcək.