...

İqtisadi İnkişaf Nazirliyi yarımfabrikat məhsulları alarkən diqqətli olmağa çağırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2012 17:44 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yarımfabrikat məhsulları alarkən diqqətli olmağa çağırır.
İqtisadi İnkişaf Nazirliyi yarımfabrikat məhsulları alarkən diqqətli olmağa çağırır

Azərbaycan, Bakı, 21 fevral /Trend/

İqtisadi İnkişaf Nazirliyi yarımfabrikat məhsulları alarkən diqqətli olmağa çağırır.

"İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, 61 ünvanında Rasim Ağcayevə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı istehlakçıların çaşdırılaraq aldadıldığı və haqsız rəqabətə yol verildiyi müəyyən edilib", - nazirlikdən çərşənbə axşamı Trend-ə verilən məlumatda deyilir.

Belə ki, normativ sənədlərə əsasən düşbərə, pelmeni, "gürcü xəngəli" və "gürzə" yarımfabrikat məhsullarının saxlama müddəti mənfi 10C-dən yüksək olmayan temperaturda ən çoxu bir ay, mənfi 5C-dən yüksək olmayan temperaturda ən çoxu 48 saat təşkil etdiyi halda, müəssisədə istehsal olunmuş həmin məhsulların etiketində saxlama müddətinin 3 ay göstərildiyi müəyyən edilib.

Eyni zamanda, ətli blinçik, toyuq kotleti və yarpaq dolması yarımfabrikat məhsullarının saxlama müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin edildiyi, məhsulların etiketlərində istehsal saatının göstərilmədiyi aşkar olunub.

Bundan başqa ətli blinçik, yarpaq dolması, "gürzə" və "gürcü xəngəli"nin etiketlərində qoyun ətindən hazırlandığına dair məlumat verildiyi halda, həmin məhsulların dondurulmuş mal ətindən istehsal edildiyi, habelə pelmeni, "gürzə", "gürcü xəngəli", ətli blinçik və yarpaq dolmasının uyğunluq sertifikatı olmadan istehsal olunduğu müəyyən edilib.

Qanun pozuntuları ilə əlaqədar, yarımfabrikat yeyinti məhsullarının istehsalı və satışının dayandırılması və ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması barədə Dövlət Xidməti tərəfindən sahibkar Rasim Ağayevə icrası məcburi göstəriş verilib.

Araşdırmalar davam edir.

Xəbər lenti

Xəbər lenti