...

"Ateshgah" ilin əvvəlindən avtonəqliyyat vasitələri sahiblərinin icbari məsuliyyət sığortası üzrə 10 min manatdan çox vəsait ödəyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2012 17:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral /Trend/

Azərbaycan sığorta bazarının liderlərindən biri "Ateshgah" Sığorta Şirkəti "İcbari sığortalar haqqında" yeni qanun çərçivəsində avtonəqliyyat vasitələri sahiblərinin icbari məsuliyyət sığortası polisi üzrə sığorta ödənişini həyata keçirib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü şirkətin yaydığı məlumatda deyilir.

2900 manat həcmində sığorta ödənişi 2012-ci il yanvarın 26-da Yasamal rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş "Nissan Sunny" markalı avtomobilin sahibinə təqdim edilib.

Şirkətin 2012-ci il yanvarın 1-dən avtonəqliyyat vasitələri sahiblərinin icbari məsuliyyət sığortası üzrə ödənişlərinin ümumi həcmi təxminən 10 min manat təşkil edib.

2011-ci il dekabrın 16-da "Ateshgah" SŞ İcbari sığorta bürosunun informasiya sistemi vasitəsilə onlayn rejimində avtonəqliyyat vasitələri sahiblərinin icbari məsuliyyət sığortası üzrə ilk polisin buraxılışını həyata keçirib.

Qeyd edək ki "Ateshgah" Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilib.

Xəbər lenti

Xəbər lenti