...

2011-ci ildə Azərbaycanda əmlakın qeydiyyatı rekord göstəriciyə çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2012 16:36 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi 2011-ci ildə rekord sayda - 147 mindən artıq daşınmaz əmlakı qeydiyyata alıb.
2011-ci ildə Azərbaycanda əmlakın qeydiyyatı rekord göstəriciyə çatıb

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir Ə.Həsənov/

Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi 2011-ci ildə rekord sayda - 147 mindən artıq daşınmaz əmlakı qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Dövlət Komitəsinin yaydığı məlumatda deyilir.

2010-cu illə müqayisədə bu göstərici 56 faiz artıb.

"2011-ci ildə həm ümumilikdə, həm də ayrı-ayrı növlər üzrə qeydiyyata alınan əmlakın ümumi sayı ötən ildəkindən xeyli çoxdur", - məlumatda deyilir.

Ötən il qeydiyyatdan keçən əmlakın 52 583 ədədi (ümumi saydan 35,7 faiz) ilkin, 94 785 ədədi (64,3 faiz) təkrar qeydiyyatdan keçib. Ötən ilə nisbətən ilkin qeydiyyat 81,4 faiz, təkrar qeydiyyat 44,3 faiz artıb. Hesabat dövründə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin göstərdiyi xidmətlərin əksəriyyəti üzrə ötən ilə nisbətən ciddi artım qeydə alınıb.

2011-ci ildə daşınmaz əmlakın qeydiyyatı üzrə əsas göstəricilər:

Göstəricilər

2011

2010-cu ilə nisbətən

artım, faizlə

1

Mülkiyyət hüquqları üzrə

dövlət qeydiyyatının sayı

147 368

55,6%

o cümlədən,

ilkin qeydiyyat

52 583

81,4%

təkrar qeydiyyat

94 785

44,3%

2

Texniki pasportların sayı

131 691

61,9%

3

Yüklülük (icarə, istifadə)

1 456

2,74 dəfə

4

İpoteka qeydiyyatı

20 997

2,3%

5

Məhdudlaşdırmaya (yüklülüyə) dair dövlət reyestrindən arayış

95 150

50,6%

6

Müayinə aktı

116 235

72,1%

7

Əhaliyə xidmətlə bağlı müxtəlif arayışlar

29 800

-3,9%

2010-cu ilə nisbətən fərdi yaşayış və bağ evlərinin qeydiyyatı təqribən 70 faiz, mənzillərin qeydiyyatı 37 faiz, torpaq sahələrinin qeydiyyatı 69 faiz, çoxmərtəbəli yaşayış binalarının qeydiyyatı isə 2,2 dəfə artıb.

2011-ci ildə hüquqların dövlət qeydiyyatının əmlak bölmələri üzrə əvvəlki illə müqayisəli hesabatı:

Göstəricilər

2010

2011

Dəyişmə (%)

Cəmi (Qeydiyyat üzrə)

94 680

147 368

55,6%

1

Fərdi yaşayış və bağ evi

19 166

32 491

69,5%

2

Mənzil (özəlləşdirmə)

38 615

52 772

36,7%

3

Torpaq sahələri

31 101

52 492

68,8%

4

Qeyri yaşayış binası

2 688

4 302

60,0%

5

Qeyri-yaşayış sahəsi

1 800

3 575

98,6%

6

Əmlak kompleksi

548

872

59,1%

7

Çoxmərtəbəli yaşayış binaları

16

35

2,2 dəfə

8

Çoxillik əkmələr

746

829

11,1%

2011-ci ildə ölkədə qeydə alınan əmlakın böyük hissəsi - 62,8 faizi regionların, 37,2 faizi Bakı şəhərinin payına düşüb. Ötən il Bakı şəhərində 7 105 fərdi yaşayış və bağ evi, 36 085 mənzil, 7 883 torpaq sahəsi, 1 000 qeyri-yaşayış binası, 2 538 qeyri-yaşayış sahəsi, 238 əmlak kompleksi, 16 çoxmərtəbəli yaşayış binası üzrə mülkiyyət hüququ qeydə alınıb.

Fərdi yaşayış evi, torpaq sahələri, qeyri-yaşayış binaları, əmlak kompleksləri və çoxmərtəbəli binalarla əməliyyatların böyük hissəsi regionlarda aparılır. Ötən il 34 çoxmərtəbəli binadan 18-i regionların, 16-sı Bakının payına düşüb. Əvəzində mənzillərin özəlləşdirilməsi və qeyri-yaşayış sahələrinin qeydiyyatının əsas hissəsi Bakının payına düşür.

Xəbər lenti

Xəbər lenti