...

IOTA Azərbaycana vergi ödəyiciləri ilə dialoqa daha çox diqqət ayırmağı tövsiyə edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2012 13:41 (UTC +04:00)
Avropa Vergi İnzibatçılığı Təşkilatı (IOTA) Azərbaycanın vergi orqanlarına vergi ödəyiciləri ilə dialoqun qurulmasına daha çox diqqət ayırmağı tövsiyə edir.
IOTA Azərbaycana vergi ödəyiciləri ilə dialoqa daha çox diqqət ayırmağı tövsiyə edir

Azərbaycan, Bakı, 6 mart /Trend müxbir A.Axundov/

Avropa Vergi İnzibatçılığı Təşkilatı (IOTA) Azərbaycanın vergi orqanlarına vergi ödəyiciləri ilə dialoqun qurulmasına daha çox diqqət ayırmağı tövsiyə edir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə birinci iclası çərşənbə axşamı Bakıda keçirilən IOTA-nın vergi borclarının idarə olunması üzrə işçi qrupunun rəhbəri Yevgenius Soldatkovas bildirib.

"Biz hər hansısa məcburi tədbirlərin tətbiqindən çox vergi inzibatçılığı və vergi ödəyiciləri arasında dialoqun qurulmasına daha çox diqqət ayırmağı tövsiyə edirik", - Soldatkovas deyib.

Onun sözlərinə görə, Azərbaycan vergi inzibatçılığı sahəsində müsbət təcrübəyə malikdir.

"Xüsusən vergi ödəyiciləri haqqında informasiya mənbələrinin artmasını qeyd etmək lazımdır", - Soldatkovas qeyd edib.

İclasda IOTA üzvü olan 20 ölkənin vergi borclarının idarə olunması üzrə eksperti iştirak edir.

İşçi qrup işini martın 8-dək davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti