...

Azərbaycanın sığorta bazarı iştirakçılarının sayı azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2012 10:26 (UTC +04:00)
Azərbaycanın Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) Fidan Sığorta şirkətinin sığorta fəaliyyəti üzrə lisenziyasını ləğv edib.
Azərbaycanın sığorta bazarı iştirakçılarının sayı azalıb

Azərbaycan, Bakı, 9 mart / Trend, müxbir A.Axundov /

Azərbaycanın Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) Fidan Sığorta şirkətinin sığorta fəaliyyəti üzrə lisenziyasını ləğv edib. Trend-in məlumatına görə, bu barədə DSNX-nin cümə günü yaydığı məlumatda deyilir.

Fevralın sonunda şirkətə buraxılmış nöqsanların aradan qaldırılması üçün ayrılmış altı aylıq müddət başa çatıb. Həmin nöqsanlar üzündən onun sığorta fəaliyyəti lisenziyası müvəqəqti dayandırılmışdı.

"Lisenziya ona görə ləğv edilib ki, şirkət onun müəyyən edilmiş müddətdə sığorta fəaliyyətinin dayandırılmasına əsas verən faktları aradan qaldırmayıb", - DSNX-nin məlumatında deyilir.

Lisenziya martın 6-da nazirliyin müvafiq əmri ilə ləğv edilib.
Beləliklə, Azərbaycan bazarındakı sığorta şirkətlərinin sayı azalaraq 28 olub.

Xəbər lenti

Xəbər lenti