...

Azərbaycanda gəlirlə işləyən bankların sayı 2 il ərzində rekord göstəriciyə çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2012 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir A.Axundov/

2012-ci ilin yanvarında Azərbaycanda gəlirlə işləyən bankların sayı 35 ədəd olub. Bu, 2011-ci ilin dekabr ayı ilə müqayisədə 4 bank, ötən ilin fevralı ilə müqayisədə isə 6 bank çoxdur. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Bu gün gəlirli bankların sayı 2009-cu ildəki ən yüksək həddə - 39-a çatıb.

Yanvar ayı üzrə bank sisteminin ümumi gəlirləri 28,25 milyon manat təşkil edib. Bu, ötən ilin analoji dövrünün göstəricilərinə nisbətdə 95,5 faiz çox, ötən ilin dekabr ayının göstəricisindən isə 33 fazi azdır.

Zərərlə işləyən bankların sayı ötən ilin dekabrına nisbətən 4 və illik hesablamada 6 bank azalıb. Nəticədə 9 bankın zərəri 5,31 milyon manat təşkil edib ki, bu da dekabr ayına olan göstəricidən 2,19 dəfə və 2011-ci ilin yanvar ayının göstəricisi ilə müqayisədə 3 dəfə azdır.

Bankların fəaliyyətinin maliyyə nəticələri (vergilərin ödənilməsindən sonra) milyon manatla:

Dövrlər

Gəlirlə işləyən bankların sayı

Bank sisteminin ümumi gəliri (gəlirli banklar üzrə)

Ziyanla işləyən bankların sayı

Bank sisteminin ümumi zərəri (zərərlə işləyən banklar üzrə)

Yekun gəlir (+) və ya zərər (-)

01-02-2011

29

14,45

15

16,12

-1,67

01-02-2011

35

28,25

9

5,31

22,94

Xəbər lenti

Xəbər lenti