...

Azərbaycanda qərb istiqamətində dəmir yolunun əsaslı təmirinə başlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2012 11:12 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC Bakı-Böyük Kəsik istiqamətində dəmir yol örtüyünün yenilənməsi çərçivəsində Malay-Yevlax mənzilinin 257-251-ci kilometrində yolun əsaslı təmirinə başlayıb.
Azərbaycanda qərb istiqamətində dəmir yolunun əsaslı təmirinə başlanıb

Azərbaycan, Bakı, 16 mart / Trend müxbir E.İsmayılov /

"Azərbaycan Dəmir Yolları" QSC Bakı-Böyük Kəsik istiqamətində dəmir yol örtüyünün yenilənməsi çərçivəsində Malay-Yevlax mənzilinin 257-251-ci kilometrində yolun əsaslı təmirinə başlayıb. Trend-in məlumatına görə, bu barədə QSC-nin cümə günü yaydığı məlumatda deyilir.

Məlumata görə, bu müddət ərzində ümumilikdə həmin mənzilin 8,5 kilometri təmir olunacaq. Gün ərzində QSC yolun iki kilometrinin təmirinin həyata keçirilməsini planlaşdırır.

Bakı-Böyük Kəsik sahəsində 317 km yolun əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankı ayırdığı 215 milyon avro məbləğində kredit hesabına həyata keçirilir.

İşlərə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Əsaslı təmir işlərinə "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin 4 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi və İnfrastruktur Departamentinin müvafiq qurumları cəlb olunub.

Xəbər lenti

Xəbər lenti