...

Abşerona verilən suyun həcmi müvəqqəti azaldılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Mart 2012 12:53 (UTC +04:00)
"Azərsu" ASC yay mövsümünə hazırlıq məqsədilə Abşeron yarımadasına içməli su nəql edən magistral xətlərdə profilaktika işlərinə başlayıb.
Abşerona verilən suyun həcmi müvəqqəti azaldılacaq

Azərbaycan, Bakı, 23 mart /Trend, müxbir A.Axundov/

Azərbaycanın su operatoru "Azərsu" ASC yay mövsümünə hazırlıq məqsədilə Abşeron yarımadasına içməli su nəql edən magistral xətlərdə profilaktika işlərinə başlayıb. Trend-in məlumatına görə, bu barədə ASC-nin cümə günü yaydığı məlumatda deyilir.

Bu işlər çərçivəsində yay aylarında Bakı şəhəri və onun qəsəbələrinin, həmçinin Abşeron rayonu və Sumqayıt şəhərinin dayanıqlı su təchizatının aparılması üçün magistral kəmərlərin vəziyyətinin yoxlanması və təmirə ehtiyac olan hissələrin bərpası, nasaz siyirtmələrin dəyişdirilməsi nəzərdə tutulur.

"Bu işlərin müəyyən vaxt aparması ilə əlaqədar hidravlik rejimlərdə baş verəcək dəyişikliklər Abşeron yarımadasına ötürülən suyun həcminin azalması ilə müşahidə olunacaq. Bunu nəzərə alaraq "Azərsu" ASC istehlakçılardan xahiş edir ki, bu müddətdə içməli sudan qənaətlə istifadə etsinlər və israfçılığa yol verməsinlər. Tədbirlər proqramına uyğun olaraq magistral xətlərdə profilaktika işlərinin aprel ayının əvvəllərində başa çatdırılması nəzərdə tutulur. Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti