...

"Azərbaycan Hava Yolları" uçuşların yay qrafikinə keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Mart 2012 18:23 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC yay qrafikinə uyğun olaraq, yerli və beynəlxalq istiqamətlər üzrə aviareyslərin həyata keçirilməsinə başlayıb.
"Azərbaycan Hava Yolları" uçuşların yay qrafikinə keçib

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Hava Yolları" QSC yay qrafikinə uyğun olaraq, yerli və beynəlxalq istiqamətlər üzrə aviareyslərin həyata keçirilməsinə başlayıb.

Yay cədvəlinə əsasən, Bakı-Vyana və Bakı-Paris istiqamətləri üzrə reyslərin yola salınması həftədə dörd dəfə həyata keçiriləcək.

Trend-in məlumatına görə, həftədə üç dəfə Bakı-London marşrutu, həftədə iki dəfə isə Bakı-Aberdin marşrutu üzrə aviareyslər yola salınacaq.

Hər gün "Azərbaycan Hava Yolları" Moskva, İstanbul, Dubay və Kiyevə aviareyslər həyata keçirəcək. Aviaşirkət digər yaxın və uzaq xarici ölkələrə aviareyslər üzrə uçuşları da yay qrafikinə uyğun reallaşdıracaq.

Həm daxili, həm də Azərbaycandan beynəlxalq aviareyslərin yay cədvəlinə uyğun reallaşdırılması ilə bağlı ətraflı məlumatı şirkətin saytında - http://azal.az/az/services-schedule/?type1=1&type2=1&from_city=Baku&to_city=&day1=1&day2=1&day3=1&day4=1&day5=1&day6=1&day7=1&submit=G%C3%B6st%C9%99r linki vasitəsilə öyrənmək olar.

Xəbər lenti

Xəbər lenti