...

Keçmiş AzSSR-in Əmanət Bankının əmanətlərinin qaytarılması üçün ilkin olaraq 380 milyon dollardan çox vəsait ayrılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2012 13:29 (UTC +04:00)
Keçmiş AzSSR-in Əmanət Bankının əmanətlərinin qaytarılması üçün ilkin olaraq 380 milyon dollardan çox vəsait ayrılıb
Keçmiş AzSSR-in Əmanət Bankının əmanətlərinin qaytarılması üçün ilkin olaraq 380 milyon dollardan çox vəsait ayrılıb

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir İ.Xəlilova/

Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi zamanı yaranmış mübahisəli məsələlərə baxılması, müvafiq qərarların qəbul edilməsi və bu işlərə ümumi nəzarətin həyata keçirilməsi məqsədi ilə Maliyyə Nazirliyinin nəzdində xüsusi komissiya yaradılıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə" qərarın mətnində deyilir.

Komissiyaya Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin direktoru Razim Vəliyev başçılıq edir. Komissiyanın tərkibinə Səhiyyə, Daxili İşlər, Maliyyə, İqtisadi İnkişaf, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri daxildir.

Əmanətçilərə fərdi birdəfəlik ödəmələrin verilməsi və bu işin təşkil edilməsi, o cümlədən bu işin icrası üçün "Kapital Bank" tərəfindən müddətli əmək müqavilələri əsasında əlavə işçi qüvvəsinin cəlb edilməsi, onların yerləşdirilməsi xərclərinin ödənilməsi, maddi-texniki və proqram təminatı məsələlərinin həll edilməsi məqsədi ilə 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan ilkin olaraq 300 milyon manat ayrılacaq.

Xəbər lenti

Xəbər lenti