...

Bakının 7 və 8-ci mikrorayonlarını içməli su ilə təmin edən magistral su xətti dəyişdirilir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2012 16:35 (UTC +04:00)
Bakının Binəqədi rayonunda 7-ci və 8-ci mikrorayonları içməli su ilə təmin edən magistral su xəttinin bir hissəsinin dəyişdirilməsinə başlanıb.
Bakının 7 və 8-ci mikrorayonlarını içməli su ilə təmin edən magistral su xətti dəyişdirilir (FOTO)

Azərbaycan, Bakı, 4 aprel /Trend/

Bakının Binəqədi rayonunda 7-ci və 8-ci mikrorayonları içməli su ilə təmin edən magistral su xəttinin bir hissəsinin dəyişdirilməsinə başlanıb.

"Azərsu" ASC-nin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, Binəqədi mərkəzi nasosxanasından Z.Bünyadov küçəsinə qədər 4 kilometr uzunluğunda metal borulardan ibarət olan magistral su kəmərinin Ə.Rəcəbli küçəsindən keçən 700 metrlik hissəsi korroziyaya uğradığından vaxtaşırı su itkiləri yaranırdı. Hazırda həmin metal borular 900 mm diametrlik polietilen borularla əvəzlənir.

Bununla paralel olaraq həmin ərazidə yaşayış massivlərini içməli su ilə təmin etmək məqsədilə 300 mm diametrlik polietilen borularla 500 metr uzunluğunda köməkçi magistral kəmər də çəkilir. Tədbirlər planına uyğun olaraq, tikinti-quraşdırma işlərinin yaxın günlərdə başa çatdırılması nəzərdə tutulur. Bununla da Binəqədi rayonunda 7-ci və 8-ci mikrorayonların içməli su təchizatı yaxşılaşacaq və su itkilərinin qarşısı alınacaq.

Xəbər lenti

Xəbər lenti