...

Azərbaycan və Ukrayna müştərək istehsala üstünlük verməlidir - nazir müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2012 18:54 (UTC +04:00)
Azərbaycan və Ukrayna müştərək kooperasiyaya üstünlük verməlidir.
Azərbaycan və Ukrayna müştərək istehsala üstünlük verməlidir - nazir müavini

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycan və Ukrayna müştərək kooperasiyaya üstünlük verməlidir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakıda jurnalistlərə Ukrayna xarci işlər nazirinin müavini Viktor Mayko bildirib.

"Biz birgə istehsalı genişləndirməliyik, xüsusən, Ukrayna istehsalatlarının Azərbaycan ərazisində yerləşdirilməsinə üstünlük verməliyik. Biz Azərbaycanda kənd təsərrüfatı üçün kiçik aviasiya istehsalını nəzərdən keçirə bilərik. Əgər Azərbaycanın belə təyyarələrə tələbatı ildə 30 ədəd təşkil edirsə, niyə də bu təyyarələrin istehsalını azərbaycanlı tərəfdaşlarımızla birgə qurmayaq", - Mayko qeyd edib.

Onun sözlərinə görə, kənd təsərrüfatı texnikası və avadanlığının müştərək istehsalının qurulması üçün imkanlar var.

"Bundan başqa, Azərbaycanın neft-qaz sahəsinin qaynaq avadanlıqlarına ehtiyacı var. Biz bu avadanlıqları Azərbaycanda istehsal edə bilərik. Kənd təsərrüfatında proqramlar var, müştərək istehsal üçün çoxlu istiqamətlər mövcuddur", - Mayko bildirib.

Xəbər lenti

Xəbər lenti