...

Duman Heydər Əliyev Beynəlxalq Aeroportunun işinə təsir etməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2012 10:27 (UTC +04:00)
Duman Heydər Əliyev Beynəlxalq Aeroportunda təyyarələrin qəbuluna və yola salınmasına təsir etməyib. Bu barədə cümə günü Trend-ə aeroportdan bildirilib.
Duman Heydər Əliyev Beynəlxalq Aeroportunun işinə təsir etməyib

Azərbaycan, Bakı, 6 aprel / Trend, müxbir E.İsmayılov /

Duman Heydər Əliyev Beynəlxalq Aeroportunda təyyarələrin qəbuluna və yola salınmasına təsir etməyib. Bu barədə cümə günü Trend-ə aeroportdan bildirilib.

Məlumata görə, təyyarələrin qəbulu və yola salınması cədvələ uyğun həyata keçirilir.

Bununla yanaşı, aeroprtdan deyildiyi kimi, dumanla əlaqədar Gəncə aeroportunda yerə enən London-Bakı aviareysi yubanır. Təyyarə hazırda Gəncədədir.

"Yaxın vaxtlarda təyyarə paytaxta göndəriləcək. Yerdə qalan bütün aviareyslər hər hansı problem olmadan həyata keçirilir", - aeroportdan bildiriblər.

"Azərbaycan Hava Yolları" QSC-nin həyata keçirdiyi London-Bakı reysi yerli vaxtla saat 07:35-də paytaxta gəlməli idi.

Xəbər lenti

Xəbər lenti