...

Bakı Metropoliteni stansiyalardan birinin əlavə çıxışının tikintisi çərçivəsində qazma işlərinə başlayıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2012 11:19 (UTC +04:00)
Bakı Metropoliteni "Elmlər Akademiyası" stansiyasının əlavə çıxışının tikintisi çərçivəsində qazma işlərinə başlayıb.
Bakı Metropoliteni stansiyalardan birinin əlavə çıxışının tikintisi çərçivəsində qazma işlərinə başlayıb (FOTO)

Azərbaycan, Bakı, 6 aprel / Trend, müxbir E.İsmayılov /

Bakı Metropoliteni "Elmlər Akademiyası" stansiyasının əlavə çıxışının tikintisi çərçivəsində qazma işlərinə başlayıb. Bu barədə cümə günü Trend-ə Bakı Metropolitenindəki mənbə məlumat verib.

"Əlavə çıxışının tikintisi çərçivəsində işlər davam edir və gövdələrdən birinin qazıntısına başlanılıb", - mənbə deyib.

Onun sözlərinə görə, habelə əlavə çıxışın tikintisi çərçivəsində tikinti işləri zonasında yerləşən ticarət obyektlərinin ləğv edilməsi prosesi üzərində də işlər görülür. Eləcə də, obyektlərin dəyəri müəyyən edilir və onun obyekt sahiblərinə ödənilməsi prosesi gedir.

"Obyektlərin ləğv edilməsi prosesində azacıq ləngiməyə baxmayaraq, işlər davam edir", - mənbə deyib.

"Elmlər Akademiyası" stansiyasının əlavə çıxışının 2015-ci ildə istismara verilməsi planlaşdırılır.

Layihə çərçivəsində dörd əlavə çıxış tikiləcək, onlardan ikisi Bakı Dövlət Universitetinə, qalan ikisi isə avtomobil yollarına çıxacaq.

Xəbər lenti

Xəbər lenti