...

Azərbaycanda distant təlimlərin keçirilməsinə başlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Aprel 2012 19:10 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə distant təlimlərin keçirilməsinə başlanıb.
Azərbaycanda distant təlimlərin keçirilməsinə başlanıb

Azərbaycan, Bakı, 9 aprel /Trend/

İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Nazirliyin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə distant təlimlərin keçirilməsinə başlanıb.

Nazirliyin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, ilk belə distant təlim "Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları" mövzusunda keçirilib. İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları tərəfindən aparılan treninqdə Gəncə-Qazax, Lənkəran, Şəki-Zaqatala və Aran iqtisadi rayonlarında iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 30-dan çox sahibkar və menecer iştirak edib.

Təlimdə Avropa İttifaqına ixrac imkanları, bu sahədə mövcud qanunvericilik, Avropa İttifaqının "Ümumiləşdirilmiş Preferensiyalar Sistemi+" proqramının ("GSP+") əsas xüsusiyyətləri, onun biznes üçün potensial faydası barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, distant təlimlərin keçirilməsi barədə elanlar Bakı Biznes Tədris Mərkəzinin www.bbtc.az saytının elanlar bölməsində yerləşdirilir. Sahibkarlar və menecerlər saytın bu bölməsinə müraciət etməklə distant təlimlərdə iştirak edə bilərlər.

Xəbər lenti

Xəbər lenti