...

Bakıda tikinti materialları ucuzlaşmaqda davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2012 12:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir Ə.Həsənov /

Bu ilin fevralında Bakının tikinti materialları bazarında qiymətlər əvvəlki ayla müqayisədə 0,99 faiz azalıb. Bu barədə çərşənbə axşamı "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin hesabatında deyilir.

Ötən ilin əvvəli ilə müqayisədə orta qiymət 14,4 faiz, bundan əvvəlki ayla müqayisədə isə 1,6 faiz azalıb.

Tikinti materiallarının ümumi həcmində yerli məhsulun payı 52 faiz təşkil edib və artmaqda davam edir.

Monitorinq 38 adda 88 növdə tikinti materialı üzrə aparılıb.

İlin əvvəlindən başlayan aktivlik və qiymət artımı noyabra qədər davam edib.

"İlin əvvəli həmişə daşınmaz əmlak bazarının bütün seqmentlərində durğunluqla müşahidə olunur və tikinti materialları bazarı da istisna təşkil etməyib ki, bu da öz növbəsində qiymətlərin stabilləşməsinə və nisbətən azalmasına gətirib çıxarıb", - təşkilatdan deyiblər.

Fevralada çınqıl, dikt, şüşə və başqa tikinti materialları ucuzlaşıb.

Qiyməti azalan (faizlə) tikinti materiallarının cədvəli aşağıda göstərilib:

Sumbata daşı

-5,7

DVP

-2,6

Çınqıl

-14,3

Şveller

-4,7

Dikt

-3,6

Katanka

-2,4

Otsep

-11,1

Şüşə pambığı

-0,2

Vinkel

-5,6

Şüşə

-0,4

Fevralda qiymətləri bahalaşan yeganə tikinti materialları Qazaxıstandan və Ukraynadan idxal olunan sink təbəqə və şifer olub.

Xəbər lenti

Xəbər lenti