...

Yasamal rayonunun içməli su təchizatı yaxşılaşdırılır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2012 15:25 (UTC +04:00)
Bakının bir sıra ərazilərində mövcud su xətlərində təmir-bərpa və yeni xətlərin çəkilməsi işləri aparılır.
Yasamal rayonunun içməli su təchizatı yaxşılaşdırılır (FOTO)

Azərbaycan, Bakı, 13 aprel /Trend/

Bakının bir sıra ərazilərində mövcud su xətlərində təmir-bərpa və yeni xətlərin çəkilməsi işləri aparılır.

"Azərsu" ASC-nin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, bu məqsədlə paytaxtın Yasamal rayonu İ.Qutqaşenli küçəsindən keçən, uzun müddət istifadədə olan, yararsız su borularının dəyişdirilməsinə başlanılıb.

İstehlakçıların içməli su təchizatını daha da yaxşılaşdırmaq və itkilərin qarşısını almaq məqsədilə küçə boyunca 1450 metr uzunluğunda çuqun borulardan ibarət mövcud magistral su kəməri 500 mm diametrli polietilen borularla əvəzlənir. Bununla yanaşı, ətraf küçələri və məhəllələri içməli su ilə təmin etmək üçün marşrut boyunca 250 mm diametrli polietilen borularla 800 metr uzunluğunda köməkçi su xətti də çəkilir.

Tədbirlər planına uyğun olaraq, tikinti-quraşdırma işlərinin aprel ayının sonuna qədər tam başa çatdırılması nəzərdə tutulur. Bununla da Yasamal rayonu İ.Qutqaşenli küçəsi və ona yaxın ərazilərin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşacaq və su itkilərinin qarşısı alınacaq.

Xəbər lenti

Xəbər lenti