...

Azərbaycan Beynəlxalq Bankı POS-Kredit innovativ xidmətini təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2012 17:23 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankı (ABB) müştərilərə mütərəqqi bank xidmətləri göstərən, əhatəli xidmət şəbəkəsinə malik bank kimi yeni bir xidmət - POS-Kredit xidmətini təqdim edir.
Azərbaycan Beynəlxalq Bankı POS-Kredit innovativ xidmətini təqdim edir

Azərbaycan, Bakı, 13 aprel /Trend/

Azərbaycan Beynəlxalq Bankı (ABB) müştərilərə mütərəqqi bank xidmətləri göstərən, əhatəli xidmət şəbəkəsinə malik bank kimi yeni bir xidmət - POS-Kredit xidmətini təqdim edir. Bu barədə cümə günü Trend-ə ABB-nin mətbuat xidmətindən məlumat verilib.

POS-Kredit xidməti plastik kart sahiblərinə mədaxil əməliyyatlarının çevik şəkildə həyata keçirilməsinə şərait yaradan mükəmməl bir vasitədir. Müştəri sadəcə xəzinə şöbəsinə yaxınlaşaraq kartını və yerləşdirmək istədiyi vəsaiti təqdim edir. Həmin vəsait əməliyyat keçirildiyi an artıq kartın balansında əks olunur və müştəri əminliklə istədiyi əməliyyatı edə bilər.

Qeyd edək ki, ABB kart sahiblərindən başqa, "Azərikard" prosessinq mərkəzində xidmət olunan digər bankların, o cümlədən, "Bank "ABB-Moskva" bankının kart istifadəçiləri də bu xidmətdən yararlana bilərlər. ABB-nin istifadəçilərinə pulsuz olan bu xidmət, "Bank "ABB-Moskva" və "Azərikard" prosessinq mərkəzində xidmət olunan digər banklar üçün xüsusi tarif dərəcələri 0,1% təşkil edir. Müştərinin vaxtına qənaət etmək imkanı yaradan bu xidmət öz növbəsində bank üçün də mədaxil əməliyyatlarını sadələşdirir.

"Ümümlikdə, bu xidmətin üstünlükləri ondan ibarətdir ki, vəsait "online" rejimdə müştərinin hesabında əks olunur, başqa bankların kart sahibləri də bu xidmətdən istifadə edə, eləcə də müştəri hesab nömrəsini bilib-bilmədiyindən asılı olmayaraq, bu xidmətdən yararlana bilər", - mətbuat xidmətindən bildiriblər.

Xəbər lenti

Xəbər lenti