...

Azərbaycanda yaşayış obyektlərinin abadlığı üzrə yeni yanaşma tətbiq ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2012 17:26 (UTC +04:00)
Yeni Tikinti və Şəhərsalma Məcəlləsində yeni obyektlərin abadlığı və ya tikintisi üzrə işlərin aparıldığı obyekt və ərazi sakinlərinə qarşı yanaşma əksini tapacaq.
Azərbaycanda yaşayış obyektlərinin abadlığı üzrə yeni yanaşma tətbiq ediləcək

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir A.Axundov/

Yeni Tikinti və Şəhərsalma Məcəlləsində yeni obyektlərin abadlığı və ya tikintisi üzrə işlərin aparıldığı obyekt və ərazi sakinlərinə qarşı yanaşma əksini tapacaq.

Trend-in məlumatına görə, bu barədə cümə günü Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov Tikinti və Şəhərsalma Məcəlləsi layihəsi üzrə keçirilən ictimai dinləmələr zamanı bildirib.

Dinləmələr Amerika Ticarət Palatası, Azərbaycan Hüquqşünasları Konfederasiyası, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə keçirilir.

Onun sözlərinə görə, məcəllə layihəsinə əsasən, abadlıq işləri bütün sakinlər tam köçürülmədən başlaya bilməz.

"Məcəllədə abadlıqla əlaqədar tikinti işlərinin aparıldığı ərazilərə qonşu olan obyektlər və onların sakinləri üçün yaradılmalı olan şərtlər əksini tapıb", - Əsədov qeyd edib.

Xəbər lenti

Xəbər lenti