...

Səhiyyənin inkişafı tibbi demoqrafik göstəricilərin yaxşılaşması üçün zəmin yaradır - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2012 02:19 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bazar ertəsi günü Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
Səhiyyənin inkişafı tibbi demoqrafik göstəricilərin yaxşılaşması üçün zəmin yaradır - nazir

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bazar ertəsi günü Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.

İclasda səhiyyə naziri Oqtay Şirəliyev çıxış etmişdir.

Onun sözlərinə görə, son on ildə Azərbaycanda təbii artım göstəricisi yüksəlmişdir

"Səhiyyənin inkişafında son illər əldə edilmiş dinamik inkişaf tibbi demoqrafik göstəricilərin yaxşılaşması üçün də zəmin yaratmışdır. Son 10 ildə doğum göstəricisinin artması, ölüm göstəricisinin isə aşağı düşməsi nəticəsində təbii artım göstəricisi 8,1-dən 13,5-dək yüksəlmişdir. Bu da Avropa ölkələri arasında ən yüksək göstəricidir. Bu müsbət tendensiya tək insanların sağlamlığından asılı olmasa da, onun dinamikasında tibbi qulluq və səhiyyə xidmətləri də əhəmiyyətli rol oynayır.

Azərbaycan səhiyyəsinin bugünkü inkişafı təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də müsbət qarşılanır və Azərbaycanın iqtisadi qüdrətinin və sosial-siyasi nüfuzunun göstəricisi kimi qəbul edilir. Təsadüfi deyil ki, Dünya Səhiyyə Təşkilatının tarixində yeganə haldır ki, ölkəmiz 2005-ci ildən etibarən ardıcıl olaraq bu qurumun və onun Avropa Regional Bürosunun rəhbər orqanlarında təmsil olunur", - Şirəliyev bildirib.

Nazir deyib ki, səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, tibb işçilərinin ixtisas səviyyəsinin artması nəticəsində indi əhalinin dövlət tibb müəssisələrinə etibarı artmış, müraciətlərin sayı çoxalmışdır.

"Dövlət xəstəxanalarında çarpayıların məşğulluq göstəricisi, ambulator-poliklinika müəssisələrinə müraciətlər dəfələrlə artmışdır. Son beş il ərzində icra olunan cərrahiyyə əməliyyatlarının sayı iki dəfə çoxalmış, bununla belə, əməliyyatdan sonra ölüm hallarının sayı iki dəfə azalmışdır.

Kadr potensialının gücləndirilməsi istiqamətində ən önəmli addımlardan biri də 2011-ci ildən başlayaraq tibb işçilərinin sertifikasiyasıdır. Beləliklə, bütün qabaqcıl ölkələrdə olduğu kimi, beş ildən bir imtahan verib sertifikat almayan tibb işçisi praktiki fəaliyyətlə məşğul ola bilməz", - Şirəliyev bildirib.

Xəbər lenti

Xəbər lenti