...

Metanolla işləyən Yanacaq Elementləri müasir batareyaların real alternatividir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2012 10:48 (UTC +04:00)
Metanolla işləyən Yanacaq Elementləri müasir batareyaların real alternatividir
Metanolla işləyən Yanacaq Elementləri müasir batareyaların real alternatividir

Ekoloji təmiz enerji mənbələri haqqında dünya miqyasında tanınmış Clean Technica saytı (http://cleantechnica.com) texnoloji yenilik olan Yanacaq Elementləri haqqında maraqlı məqalə dərc etmişdir. Bu yenilik, hər gün daha çox istifadə olunan portativ mobil qurğuların, eləcə də müxtəlif növ nəqliyyat vasitələrinin effektiv gələcəyini təmin edəcək.

Bərpaolunan alternativ yanacaqda maraqlı olanlar üçün Metanol ilə çalışan Yanacaq Elementləri (DMFCs) qiymətli tədqiqat mövzusudur. Məqalədə qeyd olunur ki, Kaliforniya Texnologiya İnstitutunun Caltech/NASA Reaktiv Mühərriklər Laboratoriyasında Cənubi Kaliforniya Universiteti (USC) ilə birgə ixtira olunan bu yeni alternativ enerji qurğuları böyük miqdarda portativ və mobil elektronikanın enerji ilə qidalandırılması üçün istifadə oluna bilər.

Viaspace şirkətinin törəmə müəssisəsi olan Birbaşa Metanol Parçalanmalı Yanacaq Elementləri Korporasiyasının xəbər verdiyinə görə, bu elektrokimyəvi qurğuların ekologiya sahəsində üstünlüyü ondadır ki, onlar yüksək energetik yanacağı (maye metanolu) birbaşa elektrik enerjisinə çevirmək qabiliyyətinə malikdir. Korporasiya eyni zamanda birdəfəlik istifadə üçün nəzərdə tutulan metanol yanacağı kartriclərini işləyib hazırlayır. Bu kartriclər noutbuk tipli kompüterlər, mobil telefonlar, hərbi avadanlıqlar, habelə Samsung və Toshiba kimi istehsalçılar tərəfindən yaradılan yanacaq elementlərindən qida alan digər qurğular üçün enerji mənbəyidir.

Onlar nisbi aşağı temperaturda səssiz çalışır və bugünkü batareyalarla müqayisədə daha uzunmüddətli istismar müddəti vəd edir. Batareyalara nisbətən üstünlük ondadır ki, DMFC yenidən doldurma tələb etmir. Onlar yanacaq elementinə oksigen və yanacaq verildikcə istehlakçıların elektron cihazlarına fasiləsiz olaraq elektrik enerjisi verə bilirlər. Bunun üçün DMFC-i iş prosesində əvəz etmək və ani olaraq növbəli metanol kartricləri ilə (batareyalar kimi) yenidən doldurmaq olar.

Sənayenin yanacaq seçimi - metanol və ya metanolun suda həllidir. Metanol maye halında olduğundan onu saxlamaq və daşımaq daha asandır. O, həm də ucuz və daha əlçatan maddədir.

Viaspace şirkəti Yanacaq Elementinin necə işləməsi barədə informasiyaya verib.

DMFC necə işləyir?

Yanacaq elementinin nüvəsi elektrokimyəvi reaksiyanın katalizatorlarından və protonları keçirmək qabiliyyətinə malik xüsusi plastik parçadan ibarətdir. Bu xüsusi plastikin texniki termini polimer elektrolitindən alınan membrandır (REM), bu gün DMFC-də istifadə olunan daha geniş yayılmış REM-in texniki termini isə Dupont şirkəti tərəfindən istehsal olunan NafionTM materialıdır. İstifadə olunan katalizatorlardan daha çox yayılanları anod üçün Platin və Ruteniya ərintisi, katod üçün isə Platindir.

Yanacaq elementlərində yanacaq yanmır, o elektrokimyəvi proses vasitəsilə elektrik enerjisinə çevrilir. Bu proses nəticəsində metanol protonlara, elektronlara və anodda karbon dioksidinə parçalanır, sonra isə bu protonlar və elektronlar katodda oksigenlə birləşir və su əmələ gəlir. Bu çox sadə bir konsepsiyadır.

Artıq yuxarıda deyildiyi kimi, metanol bərpaolunan alternativ yanacaq növüdür. Və son olaraq qəzet qeyd edir ki, metanolu həm sərfəli qiymət, həm də ekoloji cəhətdən əlverişli olması nöqteyi-nəzərindən sevinclə qarşılamaq lazımdır.

Mənbə: Clean Technica / http://s.tt/18vE2

Xəbər lenti

Xəbər lenti