...

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının həcmi 10,8 milyard dolları ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2012 12:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 aprel /Trend/

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2012-ci ilin ilk rübü ərzində, ilin əvvəli ilə müqayisədə 344 milyon dollar (3,3 faiz) artaraq 10 825,6 milyon dollara çatıb. Bu barədə cümə axşamı Trend-ə bankdan məlumat verilib.

2010-cu ilin yekunları üzrə AMB-nin valyuta ehtiyatları 6 407,6 milyon dollar, 2011-ci ilin yekunları üzrə isə 10 481,5 milyon dollar təşkil edib.

Mərkəzi Bank 2012-ci ildə sərəncamında olan valyuta ehtiyatlarının təxminən üç milyard dollar artacağını gözləyir. Yanvar ayının yekunları üzrə valyuta ehtiyatları 2011-ci ilin yanvar ayına nisbətən 61,2 faiz artaraq 10 583,8 milyon dollar olub.

Xəbər lenti

Xəbər lenti