...

Hesablama Palatasının Kollegiya iclası keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2012 17:56 (UTC +04:00)
Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiya iclası keçirilib.
Hesablama Palatasının Kollegiya iclası keçirilib

Azərbaycan, Bakı, 19 aprel /Trend/

Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiya iclası keçirilib.

Palatadan Trend-ə verilən məlumata görə, 18 aprel 2012-ci il tarixində keçirilən Kollegiya iclasında "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən "Kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi-2" layihəsi üzrə dövlət büdcəsi vəsaiti, Dünya Bankından cəlb edilmiş kredit və qrant vəsaitlərinin istifadə vəziyyəti, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Təhsil Nazirliyinin tabeliyində olan Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinə, E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinə, S.Rüstəm adına xarici Dillər təmayüllü Gimnaziyaya və Kimya-biologiya təmayüllü Respublika Liseyinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadə olunması üzrə auditlərin nəticələrinə dair Rəy və Hesabatlar müzakirə olunaraq təsdiq edilib, nəzarət tədbirlərinin nəticələri barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumatların təqdim edilməsi qərara alınıb.

Kollegiya iclasında, həmçinin Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il üçün büdcəsinin icra vəziyyəti ilə bağlı Analitik təhlil işi üzrə Proqram da təsdiq edilib.

Xəbər lenti

Xəbər lenti